Bilgə Kağan Yasası
1. Tengri (yaradan) təkdir.
2. Hər kim ki, Tengridən qut almaq dilərsə, başqasına yalvarmasın.
3. Bir əl, bir Kağan, bir Tengri.
4. Bir qına iki qılınc girməz. Bir xatun iki ər ala bilməz və bir budunda iki törə olmaz. Törə təkdir. Törə kəsin və kəskindir. Kim ki, törəyə uya, qutlanar. Kim ki, törəyə qıya qatlanar.
5. Kimsə Törədən üstün deyildir. Dirilik və birlik için Törə budur.
6. Bir çoban sürüsündən, bir ər ailəsindən, bir Kağan budunundan sorulur.
7. Hər ər eşinə, atına, pusatına sahib çıxacaq.
8. Ana-babaya və ataya sayğı duyulacaq.
9. Hısmına sarılacaq, qonşusunu gözləyəcək.
10. Ər kişi yalan söyləməyəcək.
11. Mal çalan, mülk çalan misliylə ödəyəcək. Hesabı ya malıyla, ya canıyla sorulacaq.
12. Kim ki, bir namusa sataşarsa, canından olacaq.
13. Hər kim olursa olsun, haqsız, aldadıcı iş tutarsa hesabı dərhal sorulacaq.
14. Cəngdən bəri duran ya da qaçan tamuya uçacaq.
15. Aman diləyənə qılınc sürülməyəcək, sığınana arxa dönülməyəcək.
16. Baş qaldıranın başı alınacaq, haqq istəyənin haqqı veriləcək.
17. Kimsə kimsəyə üstünlük etməyəcək. Nə ağ ətin qaradan, nə qaranın qızıldan, nə qızılın sarıdan fərqi olmayacaq.
18. Kin və qürurdan uzaq olunacaq.
19. Məzluma mərhəmət, zalıma əzab duyulacaq.
20. Zəyifə, yaralıya, çocuğa və qadına əl qaldırılmayacaq.
21. Qızı istəyən Kağan da olsa, bəy də olsa, qız istədiyinə veriləcək.
22. Gərəksiz yerə ağac kəsməyəcəksən, suyu kirlətməyəcəksən.
23. Bilməyib də bildim deməyəcəksən, bilənə danışacaqsan.
24. Bugünün işini yarına buraxmayacaqsan.
25. Qüsur görməyəcək, qüsur aramayacaqsan.
26. Güclüykən bağışla, zəyifkən səbir et.
27. Yazgına asi olma.
28. Yapdığın iyiliyi unut, yapılan iyiliyi unutma.
29. Hər kəs ədalətlə iş görəcək.
30. Hər nə edərsən et, yarğılanacağını hər daim ağılda tut.
31. Millətinə yaban qalma. İpəyin iyisinə, sözün gözəlinə qanma, onlara boyanma.
32. Kağan odur ki, ədaləti üstün tutsun, Törəni yaşatsın. Törə yox olarsa, el yox olar. El olmazsa, budun qul olar.
33. Ey türk oğuz bəyləri, ey millətim, eşidin! Üstdə mavi göy çökmədikçə, altta yağız yer dəlinmədikçə sənin elini və Törəni kim poza bilər?”
Bilgə Kağan yazıtı – 730-cu il. Orxon çayı yaxınlığı, Ötükən.