BAYRAQDAR MEDİA rəsmi olaraq 1 aprel 2021-ci ildən bayraqdar.info adı altında fəaliyyətə başlamış onlayn media resursudur. Şüarı: “Hər zaman öndə!”
BAYRAQDAR MEDİA 2008-ci ilin oktyabrından fəaliyyətə başlamış və türk dünyasından tərcüməsiz xəbər və yazılar yaymaqla geniş auditoriya toplamış yalquzaq.com saytının (qəzetinin) varisi olaraq eyni məqsədləri hədəfləyir.
Əsasən xəbər ağırlıqlı resursun media siyasəti “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” çərçivəsində gerçəkləşdirilir. İctimai-siyasi xəbər ağırlıqlı resursda mədəniyyət, ədəbiyyat, iqtisadiyyat, diplomatiya, ekologiya və s. də daxil olmaqla geniş əhatəli xəbərçilik gerçəkləşdirilir. Keyfiyyəti operativliyə qurban verməmək prinsipilə işləyən BAYRAQDAR MEDİA kənar müəlliflərə də açıqdır.
Eyni zamanda türk dünyasına özəl diqqətimizlə fərqlənməyi hədəfləmişik. Çünki bir çox hallarda türk dünyasının bəzi guşələri Azərbaycan mediasının diqqətindən kənarda qalır. Biz bu boşluğu aradan qaldırmaq üçün çalışırıq.
BAYRAQDAR MEDİA-nın qurucusu və baş redaktoru Azərbaycan Respublikasının Əməkdar jurnalisti Azər HƏSRƏTdir.
Bizimlə əlaqə üçün: ƏKS ƏLAQƏ