BAYRAQDAR MEDİA – Daha bir beynəlxalq yarışma qalibimiz öz mükafatını gömrükdə ödəniş etməklə əldə edib. AzTU tələbəsi Apple şirkətinin hər il keçirdiyi Swift Student Challenge…
Posts published by “Osman Gündüz”
Osman Gündüz 1961-ci ildə Balakən rayonunda anadan olub. 1983-cü ildə riyaziyyatçı ixtisası üzrə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. 1995-ci ildən İKT sahəsində çalışır. 1997-ci ildə ölkədə informasiya texnologiyaları sahəsində ilk qeyri-hökümət təşkilatını – Multimedia Mərkəzini təsis edib. 2001-ci ildən Azərbaycan İnternet Forumuna rəhbərlik edir. 1998-ci ildə ölkədə ilk milli multimedia məhsulunu hazırlayıb və digər çoxsaylı İT layihələrə rəhbərlik edib. İKT sahəsində bir neçə kitabın müəllifidir. İKT, media və digər sahələrdə qanunların hazırlanmasında iştirak edib. 2007-cı ildən ölkədə ilk dəfə olaraq İnternet jurnalistika fənnini ali təhsil ocaqlarında tədris etməyə başlayıb. Hazırda BDU-da Yeni media fənnini tədris edir. 2008-ci ildən xeberler.az texnoloji xəbərlər portalının təsisçisi və baş redaktorudur. 2010-2011 ci illərdə ABŞ-ın Oklahoma Dövlət Universitetində Yeni Media texnologiyaları ilə bağlı təhsil alıb və təcrübə mübadiləsində iştirak edib. 2013-cü ildən VXSİ üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın və AzTU-da fəaliyyət göstərən İctimai Şuranın sədridir. 2021-ci ildən KOBİA yanında Ekspertlər Şurasının, AzTV Bədii Şurasının və NRYTN yanında
İctimai Şuranın üzvüdür. Rəqəmsallaşma və elektrom hökumət quruculuğu, informasiya açıqlığı və yeni media, İKT və internet sahəsində araşdırmalarla məşğuldur.