Press "Enter" to skip to content

Qazaxıstanda partlayış baş verib, əhali köçürülür

Son yeniləmə: 26 Avqust 2021 21:07

Bayraqdar.info – Qazaxıstanın Jambıl vilayətində yerləşən hərbi hissənin silah-sursat anbarının yanında güclü partlayış olub. Bu haqda xəbəri avqustun 26-da axşama doğru TengriNews yayıb.

“Jambıl vilayəti, Bayzak rayonunda yerləşən bir hərbi hissənin anbarının yanında saat 19.00 radələrində yanğın baş verib. Yanğın nəticəsində hələlik müəyyən edilməmiş predmetlər partlayıb. Hərbi hissənin tırtıllı texnikasından ibarət yanğınsöndürənlər əraziyə cəlb edilib. Onlara Jambıl vilayətinin yanğınsöndürənləri də yardım edir.” Bu bilgini də TengriNews Qazaxıstan Müdafiə Nazirliyinə istinadla yayıb.

O da bildirilir ki, hadisə yerinə müdafiə nazirinin müavini, general-leytenant Ruslan Şpekbayevin başçılığı altında komissiya göndərilib.

Məsələylə bağlı Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev sosial media hesabında paylaşım edib: “Müdafiə, fövqəladə hallar nazirləri və daxili işlər nazirinin müavini Jambıl vilayətinə yollanıb. Yaxınlıqdakı kəndlərin əhalisini təxliyə etməklə bağlı qərar qəbul edilib. Fövqəladə hallar üzrə vilayət departamentinin əməkdaşları və hərbi qulluqçular – 30 nəfərədək – yaralanıb”.

Prezident Q-J.Toqayev daha sonra davam edib: “Operativ qərargah yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işləyir. Cinayət işi açılıb. Müdafiə, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri səfərbər edilib. Dəmiryolunda hərəkət müvəqqəti olaraq dayandırılıb”.

Az öncə TengrNews-un verdiyi xəbərə görə, zərərçəkənlərin sayı 60 nəfəri keçib.

2 Comments

  1. M. Kemal Sallı M. Kemal Sallı 26 Avqust 2021 22:48

    Allah askerlerimizi her zaman her yerde korusun inşallah.

Comments are closed.

Mission News Theme by Compete Themes.