Bayraqdar.info – Yunanıstan türklər yaşayan bölgəsində dərc edilən “Gündem” qəzetinin verdiyi xəbərə görə, Yunanıstan daha 12 türk ibtidai məktəbini qapatmaq qərarına gəlib.
Qəzetin yazdığına görə, Avropa Birliyinin üzvü olan Yunanıstan, Batı Trakya türk azlığının çağırışlarını nəzərə almadan bu addımı atır.
“Keçən günlərdə verilən açıqlamaya görə, Batı Trakyada 12 azlıq ibtidai məktəbi daha yeni təhsil ilində qapadılacaq. Rodop vilayətində 8, İskeçe vilayətində isə 4 türk azlığına aid ibtidai məktəbin şagird azlığı üzündən qapadılacağı açıqlandı”, – deyə qəzet xəbər verir.
Qəzet qapadılacaq məktəblərin siyahısını da təqdim edib:
Rodop
1- Kozdere
2- Payamdere
3- Karacaoğlan
4- Aşağıköy
5- Işıklar
6- Eşekçili
7- Sınırdere
8- Gebecili
İskeçe
1- Taraşmanlı
2- Cami Mahallesi (Sinikova)
3- Kurthasanlı
4- Karagözlü
Əlavə edək ki, Yunanıstan Avropa Birliyinin üzvü kimi Avropa dəyərlərini söykəndiyini iddia etsə də türk azlığa münasibətdə orta əsr təfəkkürü ilə davranan İranın türklərə münasibətinin eynisini tətbiq edir. Bu ölkədə də İranda olduğu kimi türklər ümumiyyətlə milli azlıq kimi tanınmır.
[…] gedir. Bizim də xəbər verdiyimiz kimi, bugünlərdə Yunanıstan dövləti türk azlığına aid daha 12 məktəbin bağlanması ilə bağlı qərar verib. Əlbəttə, istənilən ölkədə belə bir addımın atılması ciddi […]