Son yeniləmə: 14 İyun 2021 15:24
Bayraqdar.info – Prezident İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxs 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Onlar Sirac Abışov, Arif Əliyev və Məhərrəm İbrahimovdur.
Məlumatı Prezident Administrasiyası yayıb.
Qeyd edək ki, Sirac Abışov Azərbaycan Televiziyasının operatoru, Məhərrəm İbrahimov (Əlioğlu) isə “AzərTAc”-ın müxbiri idi. Hər iki media təmsilçisi iyunun 4-də Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olmuşdu. Onlarla bərabər Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev də şəhid olmuşdu.
Əlavə edək ki, bayraqdar.info hadisə ilə bağlı operativ olaraq oxucuları məlumatlandırmışdı.