Press "Enter" to skip to content

Zona konfransları uğurla davam edir

Lənkərandakı görüşdən

Son yeniləmə: 9 İyun 2022 18:49

Bayraqdar.info – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının təşkilini davam etdirir. Növbəti konfrans Lənkəran şəhərində keçirilib.

Növbəti konfrans İmişlidə keçirilib

Bu barədə bayraqdar.info-ya iyunun 9-da Agentliyin Mətbuat xidmətindən məlumat verilib.

Artıq səkkizinci iqtisadi rayonda baş tutan zona konfransları uğurla davam edir

Bildirilib ki, konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov, Agentliyin məsul əməkdaşları, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar, Cəbrayıl və Cəlilabad rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, həmin icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Məlumata əsasən, Lənkəran şəhərində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Agentliyin icraçı direktoru Aygün Əliyeva konfransı açıq elan edərək tədbirin proqramı haqqında məlumat verib: “A.Əliyeva bildirib ki, artıq səkkizinci iqtisadi rayonda baş tutan zona konfransları uğurla davam edir. Yekun zona konfransının Bakı şəhərində keçirilməsi nəzərdə tutulub. Bu konfranslar QHT-lərin və ictimai şuraların fəaliyyətinin təkmilləşməsi, ictimai iştirakçılığın təmin edilməsi, geniş kütlələrin dövlətin və cəmiyyətin həyatında iştirakı baxımından önəmlidir”.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışıb. O, bildirib ki, konfranslar yekunlaşdıqdan sonra da QHT-lər və ictimai şuraların birgə fəaliyyəti üçün maarifləndirmə tədbirləri davam etdiriləcək: “Çünki, vətəndaş cəmiyyətinin inkişafı üçün QHT-lər və ictimai şuralar birgə fəaliyyət göstərməli və bu sahənin inkişafı üçün çalışmalıdırlar”.

Bu konfranslar geniş kütlələrin dövlətin və cəmiyyətin həyatında iştirakı baxımından önəmlidir

Tədbirdə həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov çıxış edib. Natiqlər bildiriblər ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhvə verəcək. Qeyd edilib ki, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ardıcıl tədbirlər təşkil edilməli, bu xüsusda sosial medianın imkanlarından istifadə edilməlidir.

Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.