Press "Enter" to skip to content

Bu gün Azərbaycanda böyük QHT şəbəkəsi formalaşıb

Növbəti konfrans Şamaxıda keçirilib

Son yeniləmə: 1 İyun 2022 17:56

Bayraqdar.info – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının təşkilini davam etdirir. Növbəti konfrans Şamaxı rayonunda keçirilib.

Bölgələrdə QHT-dövlət əməkdaşlığı gücləndirilir – VİDEO

Qurumun Mətbuat xidmətindən bayraqdar.info-ya iyunun 1-də verilən məlumata görə konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova, Agentliyin məsul əməkdaşları, Şamaxı, Ağsu, Ağdaş, Göyçay, Qobustan, Kürdəmir və Ucar rayonların icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, həmin icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Növbəti görüş yeri Gəncə

Şamaxı rayon Mədəniyyət Mərkəzində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Məlumatda qeyd edilib ki, Agentliyin icraçı direktoru Aygün Əliyeva konfransı açıq elan edərək tədbirin proqramı haqqında məlumat verib: “A.Əliyeva bildirib ki, keçirilən bu zona konfransları QHT-lər ilə ictimai şuralar arasında sıx əməkdaşlıq yaradacaq və onlar vətəndaş cəmiyyətinin inkişafına birlikdə tövhə verəcəklər. Biz də Agentlik olaraq lazımi metodiki, konsultativ dəstək verməyə hər zaman hazırıq”.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışaraq, onların fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkil olunmasının zəruriliyini vurğulayib: “Qeyd edib ki, bu gün Azərbaycanda böyük QHT şəbəkəsi formalaşıb və bu hərəkatın iştirakçıları müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq dövlətimiz ətrafında sıx birləşiblər”.

Şəmkirdə QHT-dövlət münasibətləri müzakirə edilib

V.Quliyev əlavə edib ki, vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir: “Danılmaz faktdır ki, bu gün Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları öz mövcudluqları ilə ölkədə üçüncü sektorun təkmilləşməsinə öz töhfəsini verirlər. QHT-lər eyni zamanda problemlərin aktuallaşdırılmasında, ictimai müzakirələrin təşkilində böyük rol oynayırlar. Bu gün zona konfranslarının keçirilməsinin əsas məqsədi də QHT-lər və icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların birgə əməkdaşlığının təmin edilməsi və fəaliyyət istiqamətlərinin daha da genişlənməsidir. Həm QHT-lər, həm də ictimai şuralar vətəndaşlarla sıx əlaqədə olmalıdırlar”.

Konfransda təkliflər dinlənilib, suallar cavablandırılıb
Konfransda təkliflər dinlənilib, suallar cavablandırılıb

Daha sonra Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova, Əli Pənahov və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova çıxış ediblər: “Natiqlər bildiriblər ki, zona konfransı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhvə verəcək. Qeyd edilib ki, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ardıcıl tədbirlər təşkil edilməli, bu xüsusda sosial medianın imkanlarından istifadə edilməlidir. Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, onların təklifləri dinlənilib, sualları cavablandırılıb”.

Mission News Theme by Compete Themes.