Press "Enter" to skip to content

Azərbaycan qaziləri TBMM-də

Azərbaycan qaziləri TBBM-nin iclas zalında

Son yeniləmə: 25 May 2022 11:52

Bayraqdar.info – Xəbər verdiyimiz kimi Azərbaycanın Vətən müharibəsi qazilərinin bir qrupu mayın 13-də qardaş Türkiyədə səfər edib.

İki qardaş ölkənin qaziləri yenidən bir arada

Səfər Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Azərbaycan qaziləri Kocaelidə

Kifayət qədər zəngin proqrama malik səfər mayın 23-də başa çatıb. Səfər zamanı keçirilən görüşlərin bəziləri ilə bağlı məlumat vermişdik.

Emin Həsənli və AK parti millət vəkili Hacı Bayram Türkoğlu

Bu arada isə bəlli olub ki, Azərbaycan qaziləri səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisində də olub. Bu barədə bayraqdar.info-ya “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin Emin Həsənli məlumat verib.

MHP millət vəkili Olcaq Kılavuzla görüş zamanı

O, qeyd edib ki, TBMM-də qardaş ölkənin millət vəkilləri ilə görüş keçirilib: “Eyni zamanda Türkiyə Böyük Millət Məclisinin Baş katibi cənab Mehmet Ali Kumbuzoğlu ilə də görüşdük”.

Türkiyə Böyük Millət Məclisinin Baş katibi cənab Mehmet Ali Kumbuzoğlu ilə də görüş maraqlı anlarla yadda qalıb

E.Həsənli deyib ki, nümayəndə heyəti Türkiyə milli müdafiə nazirinin müavini cənab Şuay Alpay ilə də görüşüb: “Bu görüş də maraqlı anlarla yadda qaldı. Ümumiyyətlə qazilərin Türkiyədəki görüşləri xüsusi diqqət mərkəzində oldu. Türkiyənin ayrı-ayrı nazirlik və qurumları, millət vəkilləri, yerli təşkilatların təmsilçiləri qazilərlə görüşə can atırdı. Hər belə görüş isə tarixi anlarla yadda qalır. Hesab edirik ki, bu layihə davamlı olmalıdır və buna çalışacayıq”.

Türkiyə milli müdafiə nazirinin müavini cənab Şuay Alpay ilə

O da vurğulanıb ki, səfər zamanı qazilər İstanbul, İzmit , Ankara və Konya şəhərlərində tarixi, turistik məkanları da ziyarət ediblər. Bu ziyarətlər zamanı müvafiq şəhərlərin rəhbəliyi ilə də görüşlər keçirilib.

Azərbaycan qazilərinə daha bir jest

Mission News Theme by Compete Themes.