Son yeniləmə: 25 May 2022 10:00
Bayraqdar.info – “Mən dövlətlərarası sərhəd müzakirələri və sabit vəziyyəti necə yaxşı təmin etməklə bağlı sərhəd komissiyalarının bu gün Ermənistan-Azərbaycan sərhədində keçirilmiş ilk görüşünü ürəkdən alqışlayıram.”
Bu sözləri Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel mayın 24-də özünün sosial media hesabında yazıb.
Ş.Mişel daha sonra qeyd edib ki, bu, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın iştirakıyla keçirilmiş üçtərəfli görüşdən sonra nəzərəçarpacaq irəliləyişdir.
Warmly welcome first meeting of Border Commissions held today on Armenia-Azerbaijan border to advance discussions on delimitation of inter-state border and how best to ensure stable situation.
Tangible progress following trilateral meeting with @NikolPashinyan and @azpresident pic.twitter.com/b0rUaveib3
— Charles Michel (@eucopresident) May 24, 2022
Qeyd edək ki, mayın 22-də Brüsseldə keçirilmiş üçtərəfli görüşdən bir gün sonra Azərbaycan və Ermənistan rəhbərləri sərhəd məsələlərini həll etmək üçün komissiya qurub. Hər iki tərəfdən komissiyaya baş nazirin müavini rəhbər təyin edilib.
Mayın 24-də isə komissiyaların rəhbərləri – Şahin Mustafayev və Mher Grigoryan Azərbaycan-Ermənistan sərhədində ilk görüşü keçirib. Bu xəbəri Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.