Press "Enter" to skip to content

Azərbaycan qazilərinə daha bir jest

Azərbaycan qaziləri qardaş ölkənin sualtı gəmisində

Son yeniləmə: 20 May 2022 12:39

Bayraqdar.info – Xəbər verdiyimiz kimi Azərbaycanın Vətən müharibəsi qazilərinin bir qrupu mayın 13-dən qardaş Türkiyədə səfərdədir.

İki qardaş ölkənin qaziləri yenidən bir arada

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Azərbaycan qaziləri Kocaelidə

Səfərin ilk günləri qazilərin keçirdikləri görüşlər barədə məlumat vermişdik. Bu arada isə qazilərə qardaş ölkədə daha bir jest edilib.

Belə ki, Qarabağ qaziləri Kocaeli şəhərində Türkiyə Hərbi Dəniz Qüvvələrinin 4 əsas Donanmalarından birində olub.

Hulusi Akardan önəmli mesaj

Bu barədə bayraqdar.info-ya özəl olaraq “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.

Onun sözlərinə görə, Hərbi Dəniz Qüvvələrinin Komandanı Oramiral Ercüment Tatlıoğlu nümayəndə heyətini qəbul edib: “Dəniz Donanmasının ümumi fəaliyyəti ilə qısa tanışlıqdan sonra qazilər qardaş ölkənin sualtı gəmisində oldu. Görüş gəmidə nahar ilə yekunlaşdı”.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.