Son yeniləmə: 19 May 2022 09:17
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin yeni hökuməti parlamentdən etimad səsi ala bilib. Belə ki, qanunverici orqanda keçirilən səsvermə zamanı 29 millət vəkili Ünal Üstel hökumətinin lehinə, 20-si isə əleyhinə səs verib.
Səvermədən sonra təşəkkür çıxışı edən Ü.Üstel “Biz adəşdən köynək geydik. Ölkəmiz, dövlətimzi üçün çalığacağıq. Bu zor günlərdən birlik, bərabərlik içində Ana Vətənin dəstəyi ilə çıxacağıq”, – deyib.
Öz növbəsində UBP-DP-YDP hökumətinin etimad səsi almasından sonra sosial şəbəkə hesabından paylaşım edən Cümhurbaşqanı Ersin Tatar aşağıdakı sözləri yazıb: “Cümhuriyyət Məclisindəki səsvermədə etimad səsi alan Ünal Üstel və UBP-DP-YDP hökumətini təbrik edir, ölkəmiz üçün xeyirlərə vəsilə olmasını arzu edirəm”.
Cumhuriyet Meclisi’ndeki oylamada güvenoyu alan Başbakan Ünal Üstel ve UBP-DP-YDP hükümetini tebrik eder, ülkemiz için hayırlara vesile olmasını temenni ederim.
— Ersin Tatar (@ErsinrTatar) May 18, 2022