Press "Enter" to skip to content

Rusiya işğalçıları Ukrayna uşaqlarını öldürür, məktəbləri dağıdır

Ukrayna uşaqları metroda dərs keçməyə məcburdur

Son yeniləmə: 13 May 2022 15:01

Bayraqdar.info – Bizim də xəbər verdiyimiz kimi, Rusiyanın bu il fevralın 24-dən Ukraynaya qarşı başlatdığı təcavüz həm də uşaqların ölümünə səbəb olur. İşğalçı Rusiya hərbçiləri soxulduqları kənd və şəhərlərdə qadınları zorlayır, insanlara işgəncə verir, soyğunçuluq edir və təəssüf ki, bu zaman uşaqlara da rəhm etmirlər.

Ukrayna rus hərbçilərini, Rusiya Ukrayna uşaqlarını öldürür

Ukrayna rəsmi qaynaqlarının mayın 13-nə olan məlumatına görə, Rusiyanın Ukraynaya geniş miqyaslı təcavüzü başlanandan bəri 226 ukraynalı uşaq öldürülüb. Daha 420 uşaq isə yaralanıb.

Qeyd edək ki, bunlar təsdiqini tapmış faktlardır. Hələ təsdiqini gözləyən uşaq ölümləri və yaralanma hallarının olması da böyük ehtimalla istisna edilmir. Çünki hazırda Rusiyanın işğal etdiyi elə yaşayış məntəqələri var ki, oradan bilgi toplamaq mümkün deyil.

Ukrayna mənbələri onu da xəbər verir ki, bugünlərdə Rusiya işğalçıları Xerson vilayətində mülki avtomobillərdən ibarək dəstəyə “Grad” sistemindən atəş açıblar. Bunun nəticəsində daha bir 10 yaşlı qızcığaz yaralanıb. Növbəti atəş isə 9 yaşlı oğlanın yaralanmasına səbəb olub.

Ukraynanın yaydığı məlumatlarda o da bildirilir ki, Rusiya işğalçıları 1 min 721 təhsil müəssisəsini hücuma məruz qoyub. Onlardan 139-u tam olaraq dağıdılıb.

Mission News Theme by Compete Themes.