Son yeniləmə: 12 May 2022 08:39
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində hökumət arayışları davam edir. Xəbər verdiyimiz kimi artıq UBP millət vəkili Ünal Üstelə yeni hökumətin qurulması səlahiyyəti verilib.
Bu arada isə KKTC Cümhurbaşqanı Demokrat Partiyasının genel başqanı Fikri Ataoğlu görüşə dəvət edib. Bu barədə mətbuata DP millət vəkili Hasan Tosunoğlu məlumat verib.
Bu sürpriz dəvətin səbəbi barədə heç bir açıqlama verilməyib. Bununla belə dəvətə səbəb kimi yeni hökumətin qurulmasına dəstəyin istənilə biləcəyi ehtimal edilir.