Press "Enter" to skip to content

Siyasi məhbusdan Güneyli alimin edam hökmünə etiraz

Huşəng Rzayi

Son yeniləmə: 11 May 2022 15:39

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, İranın fars-molla rejimi əslən Güney Azərbaycandan olan alim Əhmədrza Cəlalinin ölüm hökmünün icrasına qərar verib.

Fars-molla rejimi Güneyli alimi edam edir

“Azad İran” Telegram kanalının Radio Fərdaya istinadla verdiyi xəbərə görə, Kərəc şəhərinin Rəcayişəhr zindanında saxlanılan siyasi məhbus Huşəng Rzayi Ə.Cəlalinin edam hökmünün təsdiqinə etiraz olaraq aclıq aksiyasına başlayacağını bəyan edib. O, bununla bağlı saxlanıldığı həbsxanadan məktub göndərib.

H.Rzayi mədəni fəal Fərhad Meysəmidən sonra Güneyli alimin edam hökmünə etiraz olaraq aclıq akisyasına başlayan ikinci siyasi fəaldır.

O, yazdığı məktubda eyni zamanda zindanda ona qarşı olunan basqı və işgəncələr haqqında məlumat verərək Ə.Cəlali barəsində çıxarılan edam hökmünün dayandırılması və məhbuslara qarşı işgəncələrə son verilməsi tələbini irəli sürüb.

H.Rzayinin bildirdiyinə görə, o, mayın 11-dən etibarən aclıq aksiyasına başayaraq yeməkdən, sudan və dərman qəbulundan imtina edir.

Mission News Theme by Compete Themes.