Press "Enter" to skip to content

Prezident Füzuli və Şuşaya səfər edib

Prezident İlham Əliyev Füzuli xəstəxanasının təməlini atarkən

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüylə bağlı Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə onun Fəxri Xiyabandakı məzarını ziyarət edib.

Prezident və birinci xanım Ulu öndərin məzarını ziyarət edib

Bu ziyarətdən sonra Prezident və ölkənin birinci xanımı Qarabağ səfərinə yollanıb.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Xəbərdə bildirilir ki, Prezident İ.Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Füzuli rayonuna gəlib. Onlar Füzuli şəhərində yeni yaradılacaq parkda ağac əkiblər.

Daha sonra İ.Əliyev və M.Əliyeva 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak edib.

Bundan sonra Prezident və birinci xanım Şuşaya yollanıb. Onlar burada Şuşanın inzibati binasında və Şirin su hamamında aparılan bərpa işləri ilə tanış olub.

Şuşa səfəri çərçivəsində İ.Əliyev və M.Əliyeva daha bir neçə məkana baş çəkərək təmir-bərpa işlərinin gedişi ilə maraqlanıb.

Mətbuat xidmətinin yaydığı məlumatlardan aydın olur ki, İ.Əliyev və M.Əliyeva məşhur tarzən Sadıqcanın Şuşadakı evinin bərpası işlərini nəzərdən keçirib. Onlar eyni zamanda şəhərdə Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin hazırkı mərhələsi ilə də tanış olublar.

Ölkə başçısı və xanımı “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə olub, Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə maraqlanıb.

Daha sonra isə Prezident İ.Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Xəbər verdiyimiz kimi, Prezident Şuşadan ayrıca müraciətlə də çıxış edib.

Prezident Ulu Öndərin doğum günündə Şuşadan müraciət etdi

Mission News Theme by Compete Themes.