Press "Enter" to skip to content

Ermənilər odla oynamasın

Son yeniləmə: 30 Mart 2022 16:45

Ekspertlər: Son təxribatlar Ermənistan və qanunsuz erməni silahlı birləşmələri üçün yaxşı sonluq vəd etmir

Bayraqdar.info – “2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibə işğalçı Ermənistanın acınacaqlı məğlubiyyəti ilə nəticələndi. Bundan sonra kapitulyasiya aktını imzalayan Ermənistan rəhbərliyinin nəhayət ki, ağıllı davranacağını düşünmək olardı. Lakin təəssüf ki, bədnam qonşularımız proseslərə ağıllı yanaşma nümayiş etdirə bilmirlər”.

Türkiyəli generaldan Rusiya və Ermənistana xəbərdarlıq

Bunu bayraqdar.info-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib. Ermənistanın son təxribatını və bunun doğurduğu nəticələri dəyərləndirən deputat qeyd edib ki, əslində, bunun niyə baş verməsi kimsəyə sirr deyil: “Məsələ burasındadır ki, Ermənistan öz “ənənəsinə” sadiq olduğunu sərgiləyir. Yəni bədnam qonşumuz adəti üzrə təxribatlar törətməklə bir daha sülh və sabitliyin, əməkdaşlığın tərəfdarı olmadığını göstərir”.

İlham Məmmədov: Bunu Ermənistan da, xarici havadarları da yaxşı bilməlidir

İlham Məmmədov

İ.Məmmədov əlavə edib ki, Ermənistanı bu cür davranmağa sövq edən məqam da var: “Bu da Rusiya sülhməramlılarının davranışıdır. Bildiyiniz kimi 10 noyabr Bəyanatının 4-cü bəndinə əsasən qanunsuz erməni silahlı birləşmələri həmin ərazilərdən çıxarılmalı idi. Ancaq az qala il yarımdır ki, bu məsələ öz həllini tapmayıb. Çünki Rusiya sülhməramlıları 10 noyabr razılaşmasının müddəalarına əməl etmək əvəzinə onu pozur. Belə olan təqdirdə isə Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını qətiyyətlə almaqla yanaşı, dislokasiya işləri apararaq mövqelərini möhkəmləndirir və bu proses davam edir”.

Deputat, “44 günlük müharibədə Ermənistan və onun xarici havadarları Azərbaycan Ordusunun gücünü gördü. Onu da deyim ki, bu müharibədə qazandığımız tarixi qələbə nəticəsində “DQR” də cəhənnəmə vasil oldu. Bunu Ermənistan da, öz bəyanatında Azərbaycana qarşı fikirlər işlədən Rusiya Müdafiə Nazirliyi də yaxşı bilməlidir. Bütün bunları qeyd etməklə yanaşı bildirmək istəyirəm ki, son təxribatlar Ermənistan və qanunsuz erməni silahlı birləşmələri üçün yaxşı sonluq vəd etmir. Bu gün dilində sülhdən danışsa da əməldə başqa cür davranan Ermənistan rəhbərliyi də, sülhməramlıların arxasında gizlənib Azərbaycana qarşı təxribata əl atan revanşistlər də unutmasınlar ki, dəmir yumruq yerindədir”, – deyə əlavə edib.

Emin Həsənli: Bir daha böyük güclərin ikiüzlülüyünün şahidi olduq

Emin Həsənli

Öz növbəsində baş verənləri bayraqdar.info üçün dəyərləndirən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Ermənistanı ağıllı şəkildə düşünməyə səsləyib: “Biz bu gün görürük ki, hansısa xarici güclər yenidən regionda gərginlik yaratmaqda maraqlıdırlar. Həmin güclər ənənəvi olaraq Ermənistandan yararlanmaq istəyirlər. Son hadisələrin fonunda biz bir daha böyük güclərin ikiüzlülüyünün şahidi olduq. Ukraynada qarşı-qarşıya gələnlər burada başqa mövqe sərgiləyirlər və haqlı tərəf olan Azərbaycana qarşı vahid cəbhədən çıxış edirlər”.

Qeyd edilib ki, bu xarici güclərin Ermənistanı müdafiə etməsinin də səbəbi bəllidir: “Çünki Ermənistan hər zaman xarici ağaların vassalı, xarici məkrli qüvvələrin maşası rolunu oynayıb. Lakin bədnam qonşularımız və onları bizim üstümüzə istiqamətləndirən xarici güclər unutmasınlar ki, artıq dövran da, şərtlər də dəyişib. Xüsusilə də Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı zəfərindən sonra regionda yeni  reallıq yaranıb. Bu reallığın şərtlərini isə Azərbaycanla Türkiyə müəyyən edir”.

Konkret olaraq Fərrux dağı istiqamətindəki yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi məsələsinə gəlincə, hərbi ekspert deyib ki, bu dağın çox böyük strateji əhəmiyyəti var və Ağdamın önündə 9 kənd üçün önəmli bir mövqedir. Eyni zamanda gələcəkdə o zonaya tam şəkildə nəzarət üçün əhəmiyyətli yerdir.

Deputat: Ermənistan və Rusiya “Dağlıq Qarabağ”ı unutmalıdır

Fərrux yüksəkliyinin həm də mənəvi əhəmiyyəti olduğunu bildirən E.Həsənli daha sonra deyib: “Bu baş verənlər bir tərəfdən düşmənin və havadarlarının hələ də öz əməllərindən əl çəkmədiyini, digər tərəfdən də ordumuzun ayıq-sayıq olduğunu növbəti dəfə nümayiş etdirdi. Bu, 10 noyabr 2020-ci il Bəyanatının 4-cü bəndinin icrasını hələ də reallaşdırmayan Rusiya sülhməramlılarına da, Ermənistana da bir mesajdır. Ermənilər odla oynamasınlar. Bunu hər kəs bilməlidir ki, əgər erməni yaraqlıları özləri çıxmasa, Azərbaycan Ordusunun əsgəri onları çıxarmalı olacaq. Azərbaycan orada anti-terror əməliyyatları keçirəcək. Azərbaycan dövlət maraqlarından bir addım belə geri çəkilməyəcək”.

Mission News Theme by Compete Themes.