Press "Enter" to skip to content

Vətəndaş nəzarətinin güclənməsinə təkan verəcək addım

Əliməmməd Nuriyev

Son yeniləmə: 29 Mart 2022 15:54

Əliməmməd Nuriyev: Vətəndaş Qəbulu Mərkəzinin yaradılması şəffaflıq və hesabatlılığın daha da gücləndirilməsinə xidmət edir

Bayraqdar.info – “Vətəndaş Qəbulu Mərkəzinin yaradılması ilk növbədə vətəndaşların konstitusion hüquqlarının daha etibarlı şəkildə müdafiəsinin təmin edilməsi istiqamətində növbəti addımdır”.

Prezident PA-nın Vətəndaş Qəbulu Mərkəzinin açılışında

Bunu Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılmasını bayraqdar.info üçün dəyərləndirən Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

Vətəndaşların innovativ alətlərdən istifadə imkanları artacaq

Onun sözlərinə görə bu Mərkəzin yaradılması ilk növbədə dövlətin ali rəhbərliyi ilə vətəndaşlar arasında məsafənin fiziki mənada daha da qısaldılmasına gətirib çıxaracaq: “Eyni zamanda müraciət edən zaman vətəndaşların innovativ alətlərdən istifadə imkanları artacaq. Onlar bu zaman əlavə xərclər də çəkməli olmayacaqlar”.

Yeni Mərkəz müraciətlərin çevik araşdırılması baxımından çox vacibdir

Ə.Nuriyev deyib ki, sözügedən Mərkəzin açılması bu gün Azərbaycan dövlətinin əsas prioritetlərindən olan şəffaflıq və hesabatlılığın daha da gücləndirilməsinə xidmət edir: “Belə bir təchizatın, infrastrukturun yaradılması həm də “Vətəndaş müraciətləri haqqında” Qanuna müvafiq olaraq, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının müraciətlərlə bağlı normasının daha əlverişli şəraitdə təmin edilməsinə imkan verəcək. Əlbəttə ki, bu vaxta qədər də Prezident Administrasiyasında və yerli icra hakimiyyətləri orqanlarında vətəndaş müraciətləri ilə bağlı müvafiq qəbullar olurdu. Amma bu qəbullar, müraciətlər daha çox fiziki qaydada reallaşdırılırdı. Yəni elektron qaydada müraciətlər geniş şəkildə tətbiq olunmurdu. Bundan başqa bu müraciətlərin qəbulu üçün vətəndaşlarımız əlavə xərc çəkməli olurdu. Sözügedən Mərkəzin yaradılmasından sonra isə bu proses daha da asanlaşacaq”.

Vətəndaş Qəbulu Mərkəzi vətəndaşların işini xeyli ASANlaşdıracaq

Bu, yerlərdə məmur özbaşnalığının azalmasına səbəb olacaq

Müsahibimiz, “Başqa bir məsələ onunla bağlıdır ki, vətəndaşların bu qəbul mərkəzlərində kollektiv şəkildə də qəbul edilmək imkanları olacaq. Bu, vətəndaş nəzarətinin daha da güclənməsinə təkan verəcək. Çünki vətəndaşlarımız birbaşa ərizə, şikayət və müraciətlərində ayrı-ayrı qurumlarda baş verən bütün məsələlərlə bağlı öz münasibətlərini daha sürətlə ifadə etmək imkanına malik olacaqlar. Bu isə dövlət orqanlarına həmin məsələlərə daha operativ reaksiya üçün imkan yaradacaq. Yəni dövlət qurumları həm yerlərdə olan problemlərdən daha çevik məlumat əldə edə, həmçinin həmin problemlərin həlli üçün zamanında addım ata biləcəklər. Bu da qərarların qəbulu prosesinə vətəndaşların təsirini gücləndirmiş olacaq. Qərarların qəbulunda vətəndaş iştirkaçılığı genişləndikcə onların keyfiyyəti də artacaq. Bu baxımdan hesab edirəm ki, Mərkəzin açılışı dövlətin həm də vətəndaşlara xidmətinin daha da yüksəlməsinə, idarəetmənin daha da yaxşılaşmasına xidmət edir”, – deyə əlavə edib.

Vətəndaş məmnunluğunun təmin edilməsi baxımından yeni model

Qeyd edilib ki, bu Mərkəzin açılışı həm də yerlərdə vətəndaşların daha çox əziyyət şəkdiyi məmur bürokratiyası, məmur özbaşnalığının azalmasına kömək olacaq.

Mission News Theme by Compete Themes.