Press "Enter" to skip to content

Recep Tayyip Erdoğan: İnanırıq ki, ədalətli bir sülhdə uduzan olmayacaq

Son yeniləmə: 29 Mart 2022 11:55

Bayraqdar.info – “İnanırıq ki, ədalətli bir sülhdə uduzan olmayacaq”.

Bunu qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan martın 29-da Cümhurbaşqanlığı Dolmabahçe Çalışma Ofisində Rusiya və Ukrayna heyətləri ilə görüşdə deyib.

İstanbulda tarix yazıla bilər

Anadolu Asjansı xəbər verir ki, nümayəndə heyətləri arasında növbəti sülh danışıqlarının başlanması münasibətilə keçirilən görüşdə çıxış edən R.T.Erdoğan “Öz bölgəsində bir çox faciələrin şahidi olmuş bir ölkə olaraq Qara dənizin şimalında oxşar mənzərənin yaşanmasının qarşısını almağa çalışdıq”, – deyib.

“Biz bütün beynəlxalq platformalarda hər iki tərəfin (Rusiya-Ukrayna) hüquqlarını, qanunlarını və həssaslıqlarını qoruyan ədalətli yanaşma nümayiş etdirmişik. Biz inanırıq ki, ədalətli bir sülhdə uduzan olmayacaq. Münaqişənin uzadılması heç kimin marağında deyil”, – deyə o, əlavə edib.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.