Son yeniləmə: 11 Mart 2022 13:39
Avqustun 1-dən etibarən bu vəzifəni Ufuq Turganer icra edəcək
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin hökumət kabinetində dəyişikliyin olduğu barədə xəbər vermişdik. Bu arada isə bəlli olub ki, Hasan Tasoy xarici işlər naziri kimi son iş günüdə bəzi mühüm qərarlar qəbul edib.
Belə ki, həmin qərarlara əsasən KKTC-nın xaricdəki bəzi təmsilçiləri dəyişib. Həmin qərarın Azərbaycanla da bağlılığı var.
Çünki dəyişikliklər qərarına əsasən KKTC Xarici İşlər Nazirliyinin xarici işlər dairəsi genel müdiri Ufuk Turganer Bakı nümayəndəliyinin rəhbəri təyin edilib. Məlumat üçün bildirək ki, Azərbaycanın yaxın dostu Ufuk xanım 2016-2020-ci illərdə də KKTC Bakı nümayəndəlİyinin rəhbəri olub.
H.Tasoyun imzaladığı digər qərarlara əsasən isə Ankara, London, Əbu Dabi, İzmir və Gaziantepdəki nümayəndəliklərin rəhbərləri dəyişib. Beləliklə, KKTC-nin Ankaradakı səfiri Kemal Köprülünün yerinə nazirliyin müşaviri İsmet Korukoğlu təyin edilib.
KKTC-nin Gaziantepdeki baş konsulu Fahri Yönlüer isə mərkəzə çağrılıb.
İzmirdəki baş konsul vəzifəsinə Xarici İşlər Nazirlyində çalışan Ayşe Volkan İnanıroğlu təyin edilib.
KKTC-nin London nümayəndəliyində 1-ci katib olan Buket Kop isə Əbu Dabidəki nümayəndəliyin rəhbəri təyin edilib.
Onu da qeyd edək ki, xəbəri dəqiqləşdrmək üçün Ufuk xanımla əlaqə saxladıq. Bayraqdar.info-nun sualına cavab olaraq xəbərin doğru olduğunu deyən U.Turganer qərarın 1 avqust 2022-ci il tarixindən qüvvəyə minəcəyini əlavə etdi. Yəni yuxarıda bəhs edilən vəzifə dəyişikliklərinin hamısı avqustun 1-də reallaşacaq.