Son yeniləmə: 13 May 2021 23:40
Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Azərbaycanın azad edilmiş ərazilərindəki Ermənistanla sərhəddə müəyyən gərginlik yaranıb. Bunun səbəbi kimi Ermənistanın iki dövlət arasındakı sərhəd dəqiqləşdirmələrinə siyasi don geyindirməsi, münaqişə görüntüsü yaratmağa çalışması göstərilir.
Məsələylə bağlı mayın 13-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov, ardından da ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramova zəng edib.
Bu zənglərin ardından Azərbaycan XİN açıqlama yayaraq məsələyə aydınlıq gətirib.
Az öncə isə bəlli olub ki, ABŞ da sərhəddəki durumu yaxından izləməkdədir.
Bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays öz sosial media hesabında yazıb: “Biz Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməmiş kəsimi boyunca artan gərginliklə bağlı məlumatları yaxından izləyirik. Biz anlayırıq ki, tərəflər arasında ünsiyyət mübadiləsi davam edir və gərginliyi dinc yollarla aradan qaldırmağa sadiq qalmağa çağırırıq”.
We are closely following reports of increased tensions along a non-demarcated portion of the Armenia-Azerbaijan border. We understand communication between the parties is ongoing and urge restraint in de-escalating the situation peacefully.
— Matthew Miller (@StateDeptSpox) May 13, 2021
[…] 13-də Dövlət Departamentinin sözçüsü Ned Prays sosial media hesabında bu məsələyə daha balanslı münasibət bildirmişdi. O, baş verənləri yaxından izlədiklərini, tərəfləri məsələləri […]