Press "Enter" to skip to content

Ən gənci 48, ən yaşlısı 67 yaşında

Son yeniləmə: 22 Fevral 2022 00:53

Yeni hökumət kabinetinin özəllikləri

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin 26-cı hökumətinin tərkibinin Cümhurbaşqanı Ersin Tatar tərəfindən təsdiqləndiyi barədə məlumat vermişdik. Həmin məlumatda yeni kabinetdə bundan öncəki kabinetdə olmayan simaların olduğunu da bildirmişdik.

Yeni hökumətdə yeni simalar

Beləliklə, KKTC tarixinə ikinci Sucuoğlu hökuməti kimi düşəcək UBP-DP-YDP koalisiyasındakı həmin simalara keçməzdən öncə bəzi məqamları vurğulayaq.

Qeyd edək ki, 50 nəfərlik parlamentdə yeni hökumət 29 mandata sahibdir. Həmçinin KKTC-nin elanından bu hökumət qurulan günə qədər UBP-dən 7, CTP-dən 6 və DP-dən 1 nəfər baş nazir olub. İkinci dəfə baş nazir olan F.Sucuoğlu həmçinin 8-ci UBP-li baş nazir oldu.

KKTC-də bu günə kimi sırası ilə Mustafa Çağatay (UBP), Nejat Konuk (UBP), Hakkı Atun (DP), Mehmet Ali Talat (CTP), Ferdi Sabit Soyer (CTP), Derviş Eroğlu (UBP), İrsen Küçük (UBP), Sibel Siber (CTP), Özkan Yorgancıoğlu (CTP), Ömer Soyer Kalyoncu (CTP), Hüseyin Özgürgün (UBP), Tufan Erhürman (CTP), Ersin Tatar (UBP), Ersan Saner (UBP) baş nazir olub.

Qeyd etdiyimiz kimi Ersan Sanerdən sonra 5 noyabr 2021-ci ildə 25-ci hökuməti quran Faiz Sucuoğlu eyni zamanda 26-cı hökumətə də rəhbərlik edəcək.

Keçmiş baş nazirlərdən Mehmet Ali Talat, Derviş Eroğlu ve Ersin Tatar həmçinin Cümhurbaşqanı da olublar. Ən uzun müddətə baş nazir isə Derviş Eroğlu olub. D.Eroğlu, 19 iyul 1985 -1 yanvar 1994, 16 Ağustos 1996 – 13 yanvar 2004 və 4 may 2009-17 may 2010 tarixləri arasında baş nazir olub.

Qadın nazirin olmadığı 26-cı hökumətdə 25-ci hökumətdə olmayan 4 yeni şəxs var. Belə ki, UBP Lefkoşa millət vəkili Hasan Tasoy xarici işlər naziri olub. O, bundan öncəki hökumətdə xarici işlər naziri olan, texnokrat Tahsin Ertuğruloğlunu əvəz edib. Bundan öncəki hökumət kabinetində yer almayan Ünal Üstel yeni kabinetdə daxili ilər naziri olub. Keçmiş daxili işlər naziri Kutlu Evren isə iqtisadiyyat və energetika naziri olub.

YDP genəl başqanı və partiyanın Gazimağusa millət vəkili Erhan Arıklı ictimai işlər və nəqliyyat naziri olacaq. O, bu vəzifədə Resmiye Canaltayı əvəz edəcək. Hökumətə yeni girən bir başqa şəxs isə ilk dəfə nazir olan UBP baş katibi və Gazimağusa millət vəkili Oğuzhan Hasipoğludur. O.Hasipoğlu bundan öncəki hökumətdə DP-li Koral Şağmanın idarə etdiyi Əmək və Sosial Müdafiə Nazirliyinə rəhbərlik edəcək. Bundan öncəki kabunetdə daxili işlər naziri olan UBP Girne millət vəkili Kutlu Evren iqtisadiyyat və enerji naziri, 25-ci hökumətdə iqtisadiyyat və enerji naziri olan UBP Gazimağusa millət vəkili Sunat Atun maliyyə naziri, kənd təsərrüfatı və təbii sərvətlər naziri, UBP İskele millət vəkili Nazım Çavuşoğlu milli təhsil və mədəniyyət naziri, maliyyə naziri olan UBP Gazimağusa millət vəkili Dursun Oğuz isə kənd təsərrüfatı və təbii sərvətlər naziri olacaq.

3 şəxs isə əvvəlki kabinetdəki yerlərində qalıb. Bunlar UBP Lefkoşa millət vəkili Faiz Sucuoğlu – Baş nazir, DP genel başqanı və Gazimağusa millət vəkili Fikri Ataoğlu – turizm və ətraf mühit naziri və UBP Güzelyurt millət vəkili Ali Pilli – səhiyyə naziri vəzifələrində qalıblar.

60 yaşlı Faiz Sucuoğlunun yeni hökumətindəki ən gənc nazir 1974-cü il təvəllüdlü, 48 yaşlı əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu, ən yaşlı isə 1955-ci il təvəllüdlü, 67 yaşlı daxili işlər naziri Ünal Üsteldir.

Mission News Theme by Compete Themes.