Press "Enter" to skip to content

Məqsəd Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmaqdır

Hulusi Kılıç

Son yeniləmə: 7 Fevral 2022 15:30

Hulusi Kılıç: Bu əsassız iddialara görə həm CHP, həm də Aykut Erdoğdu Azərbaycandan üzr istəməlidir

Bayraqdar.info – Xəbər verdiyimiz kimi qardaş Türkiyənin Cümhuriyyət Xalq Partiyasının İstanbul millət vəkili Aykut Erdoğdu iki ölkə arasında münasibətlərə kölgə salmaq üçün əsassız iddialar səsləndirib.

Tamamilə əsassız ittihamları rədd edirik

Bu isə Azərbaycanda və Türkiyədə haqlı etirazlara səbəb olub.

CHP-çi deputat HDP zehniyyəti sərgilədi…

O, eyni zamanda Twitter hesabındakı paylaşımında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçı da hədəfə alıb.

Öz növbəsində məsələyə münasibət bildirən H.Kılıç öncə bu cür əsassız iddiaların səslənməsinin iki qardaş ölkənin münasibətlərinə kölgə salmaq məqsədi güddüyünü deyib:“Birmənalı olaraq deyirəm ki, bu iddiaların heç bir əsası yoxdur. A.Erdoğdu bu iddiaları səsləndirməzdən öncə zəhmət çəkib, bəzi rəqəmlərə nəzər yetirsəydi daha doğru olardı. O maraqlanmayıbsa, mən həmin rəqəmlərin bir qismini A.Erdoğdunun diqqətinə çatdırıram. Məlumu olsun ki, TANAP-ın gerçəkləşməsi üçün 6,3 milyard dollar sərmayə yatırılıb, buradan Türkiyə podratçıları 4,5 milyard dollar gəlir əldə edib və layihədə ölkəmiz 30 fazilik paya sahibdir. Ayrıca TANAP-la bağlı Azərbaycanın “Şahdəniz” yatağındakı qaz payından bir hissəsini Türkiyəyə verməsi nəticəsində ölkəmizin payı 9 fazidən 19 faizədək artıb. Bu layihə çərçivəsində hazırda ümumilikdə 15 min insan işlə təmin olunub”.

Aygün Attardan Aykut Erdoğduya sərt reaksiya

“Petkim”lə bağlı iddialara gəlincə keçmiş səfir deyib ki, bu şirkətin səhmlərinin 51 faizi açıq şəkildə tender yolu ilə 2 milyard 40 milyon dollara Azərbaycana satılıb: “Azərbaycan daha sonra sözügedən şirkətə əlavə sərmayə qoyub. Bu çərçivədə Azərbaycanın sərmayələri ilə Türkiyə üçün böyük əhəmiyyətə malik olan STAR neft emalı zavodu və “Petkim” neft-kimya kompleksi açılıb. Ümumilikdə bu günədək Azərbaycan Türkiyəyə 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycana 12-13 milyard civarında sərmayə qoyub. Görülən bu qədər işləri heçə saymaq, yalan danışmaq olmaz. Bütün bunları xatırlatmaqla qeyd etmək istəyirəım ki, əsassız iddialarla Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmaq cəhdi iflasa məhkumdur. Ona görə də nə qədər gec deyil həm CHP, həm də A.Erdoğdu Azərbaycandan üzr istəməlidir”.

“Digər tərəfdən A.Erdoğdu Twitter hesabındakı paylaşımında mənim haqqımda “SOCAR-ın İdarə Heyətinin üzvü olan səfir” sözlərini yazıb. Mən 10 il bundan əvvəl “Petkim”in İdarə Heyətinin üzvü olmuşam. Ayrıca həmin vaxtı mən artıq Azərbaycanda səfir deyildim. Göründüyü kimi bu iddiaların da heç bir əsası yoxdur. Beləliklə, mənimlə bağlı doğru olmayan paylaşımı da bir daha A.Erdoğdunun digər, o cümlədən TANAP-la bağlı iddialarının esassız olduğunu subuta yetirir. Bütün bunlar isə bir daha A.Erdoğdunun səmimi olmadığnı ortaya qoyur. Sonda qeyd etmək istəyirəm ki, Can Azərbaycan Xarici İşlər Nazirliyinin sillə kimi açıqlamasından sonra A.Erdoğdu ağlını başına yığmalı, həm Azərbaycan Prezidentindən, həm də Azərbaycan xalqından üzr istəməlidir. Əks təqdirdə Xarici İşlər Nazirliyinin Açiqlamsinda da bildirildiyi kimi Azərbaycan hökuməti məsələnin hüquqi müstəvidə qaldırılması hüququnu özündə saxlayır””, – deyə səfir əlavə edib.

Mission News Theme by Compete Themes.