Son yeniləmə: 7 Fevral 2022 08:48
Bayraqdar.info – Fevralın 7-də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin parlamentində millət vəkillərinin andiçmə mərasimi keçiriləcək.
Qeyd edək ki, yanvarın 23-də KKTC-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən 5 partiya UBP, CTP, DP, HP və YDP 5 faizlik baraşı aşaraq yeni parlamentdə mandat qazanıb.
Beləliklə, KKTC qanunlarına əsasən 50 millət vəkilindən ibarət parlamentin ilk iclası fevralın 7-də keçiriləcək. Yerli vaxtla saat 10:00-da toplanacaq yeni parlamentin ilk iclasında millət vəkilləri and içəcəklər. COVID-19 səbəbindən xüsusi qaydalar çəırçivəsində keçiriləck andiçmə mərasimi KKTC televiziya kanalları ilə canlı yayımlanacaq.
KKTC parlamentinin əsasnaməsinə görə ilk iclası parlamentin ən yaşlı üzvü UBP millət vəkili Ünal Üstel idarə edəcək. Yeni parlamentin spikeri seçilənə qədər Ü.Üstel parlament spikeri postunda oturacaq.
Yenə KKTC qanunlarına əsasən ən gənc iki millət vəkili olan UBP İskele millət vəkili Emrah Yeşilırmakla CTP Girne millət vəkili Ongun Talat divan katibləri seçilənə qədər müvəqqəti katiblik görəvini yerinə yetirəcəklər.
Bundan sonra Cümhurbaşqanı Ersin Tatar yeni hökuməti qurma səlahiyyətini UBP genel başqanı Faiz Sucuoğluna verəcək.
[…] Bu gün millət vəkilləri and içəcəklər […]