Press "Enter" to skip to content

Bu gün millət vəkilləri mandatlarını alacaqlar

KKTC Cümhuriyyət Məclisi

Son yeniləmə: 31 Yanvar 2022 02:40

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində növbənkənar parlament seçkilərinin nəticələri Resmi Gazetedə dərc olunub. Bu nəticələrə əsasən 5 partiya – UBP, CTP, DP, HP və YDP 5 faizlik baraşı aşaraq Cümhuriyyət  Məclisində təmsil olunmaq haqqı qazanıb.

5 partiyalı parlamentdə 19 yeni millət vəkili

Beləliklə, yanvarın 31- də yeni millət vəkilləri keçiriləcək mərasimlə mandatlarını alacaqlar. Eyni zamanda KKTC qanunlarına əsasən parlamentin ilk iclası fevralın 7-də keçiriləcək. Həmin gün yerli vaxtla saat 10:00-da toplanacaq yeni parlamentin ilk iclasında millət vəkilləri and içəcəklər.

KKTC parlamentinin əsasnaməsinə görə ilk iclası parlamentin ən yaşlı üzvü UBP millət vəkili Ünal Üstel idarə edəcək. Yeni parlamentin spikeri seçilənə qədər Ü.Üstel müvəqqəti olaraq parlament spikeri postunda oturacaq.

Bundan sonra Cümhurbaşqanı E.Tatar yeni hökuməti qurma səlahiyyətini UBP genel başqanı Faiz Sucuoğluna verəcək.

Mission News Theme by Compete Themes.