Press "Enter" to skip to content

Recep Tayyib Erdoğan Albaniyada bır sıra açılışlarda iştirak edəcək

Recep Tayyip Erdoğan

Son yeniləmə: 17 Yanvar 2022 01:22

Bayraqdar.info – Xəbər verdiyimiz kimi yanvarın 17-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Albaniyaya rəsmi səfəri başlayır.

Recep Tayyip Erdoğan Albaniyaya səfər edəcək

Balkan News xəbər verir ki,səfər Albaniya Baş naziri Edi Ramanın dəvəti əsasında baş tutacaq.

Türkiyə Cümhurbaşqanlığı İletişim Başkanlığından verilən açıqlamada isə bildirilib ki, səfər çərçivəsindəki danışıqlarda strateji tərəfdaşlıq səviyyəsində olan Türkiyə-Albaniya əlaqələrinin bütün istiqamətləri müzakirə ediləcək. İki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün atılması mümkün olan addımlar nəzərdən keçiriləcək.

Görüşlərdə ikitərəfli əməkdaşlıqla yanaşı regional və beynəlxalq məsələlər də müzakirə ediləcək.

Albaniyada 2019-cu ildə baş verən zəlzələ zamanı evlərini itirən ailələr üçün Türkiyə tərəfindən Laç şəhərində inşa edilən evlərin rəsmi təhvil verilməsi mərasimi də olacaq. Həmin mərasimdə iştirak edəcək R.T.Erdoğan həmçinin Tiranda TİKA tərəfindən restavrasiya edilən Ethem Bey məscidinin aşılışını da gerçəkləşdirəcək.

Türkiyə Cümhurbaşqanı Albaniya parlamentində də çıxış edəcək.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.