Son yeniləmə: 12 Yanvar 2022 18:32
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Faiz Sucuoğlunun Ankaraya rəsmi səfər etdiyini xəbər vermişdik.
Artıq Baş nazir rəsmi görüşlərə başlayıb. Bununla bağlı məlumatda deyilir ki, yanvarın 12-də Baş nazir F.Sucuoğlu Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindən qəbul edilib.
Türkiyə Cümhurbaşqanlığı Külliyəsində keçirlən görüşdən öncə mətbuat üçün görüntü verilib.
Vitse-prezident Fuat Oktayın da iştirak etdiyi görüş bir saat 20 dəqiqə çəkib. Qəbuldan sonra heç bir rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, yanvarın 12-də KKTC Baş naziri Türkiyənin vitse-prezidenti Fuad Oktayla da görüşüb.