Son yeniləmə: 12 Yanvar 2022 00:43
Bayraqdar.info – Xəbər veriyimiz kimi Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Faiz Sucuoğlu bu vəzifədə xaricə ilk rəsmi səfərini edib. Belə ki, KKTC Baş naziri Ankaraya rəsmi səfər edib.
Yanvarın 11-də səfərin ilk günü Baş nazir F.Sucuoğlu Anıtkabiri ziyarət edərək, xatirə dəftərini imzalayıb.
Baş nazir rəsmi səfəri çərçivəsində yanvarın 12-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindən qəbul ediləcək.
F.Sucuoğlu Türkiyənin vitse-prezidenti Fuat Oktay ilə də görüşəcək.
Rəsmi təmasları çərçivəsində də danışıqlar aparacaq Baş nazir F.Sucuoğlu yanvarın 13-də vətənə dönəcək.
Qeyd edək ki, səfərdə KKTC Baş nazirini Baş nazirliyin müşaviri Hüseyn Amcaoğlu, Maliyyə Nazirliyinin müşaviri Özdemir Kalkanlı və Baş nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müdiri Leman Kutay müşayiət edir.
[…] KKTC Baş naziri Ankaradadır […]