Son yeniləmə: 7 Yanvar 2022 02:07
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Faiz Sucuoğlunun Ankaraya səfər edəcəyi barədə xəbər vermişdik. Həmin xəbərdə dəvətin Türkiyənin vitse-prezidenti Fuat Oktay tərəfindən edildiyi bildirilirdi.
Bu arada isə səfərin təfərrüatı bəlli olub. Belə ki, yanvarın 6-da bir görüş əsnasında mediaya açıqlama verən KKTC Baş naziri yanvarın 12-də Ankarada bır sıra görüşlər keçirəcəyini deyib.
F.Sucuoğlu yanvarın 12-də həm Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan, həm də vitse-prezident Fuat Oktay ilə görüşəcəyini bildirib: “Çərşənbə günü həm Türkiyənin vitse-prezidenti Fuat Oktay, həm də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla görüşlərimiz olacaq”.