Press "Enter" to skip to content

Pamukkale Universitetində türk şöləni

Dr. Soner Sağlam

Son yeniləmə: 2 Yanvar 2022 11:22

İslam Məmmədov: Pamukkale Universiteti türk dünyası ilə bağlı prosesləri hər zaman diqqətdə saxlayır

Bayraqdar.info – Türk dünyası arasında inteqrasiyanın dərinləşməsi türk dövlətlərində fəaliyyət göstərən universitetlərdə də canlanma yaradıb. Belə ki, son vaxtlar inteqrasiyanın dərinləşməsinə xidmət edən silsilə tədbirlər keçirilir.

Belə tədbirlərdən biri də Türkiyənin Denizli şəhərindəki Pamukkale Universitetində keçirilib.
Bu barədə bayraqdar.info-ya özəl olaraq Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümünün magistrantı, soydaşımız İslam Məmmədov məlumat verib.

İslam Məmmədov

Onun sözlərinə görə, tədbir Pamukkale Universiteti Türk Yurtları Kültür ve Sanat Topluluğu tərəfindən təşkil edilib: “Ümumiyyətlə Pamukkale Universiteti türk dünyası ilə bağlı prosesləri hər zaman diqqətdə saxlayır. Bununla bağlı müxtəlif tədbirlər keçirilir. Buna misal olaraq çox faktlar gətirmək olar. Mən sadəcə ən yaxın tarixdə olan tədbirlərdən birini qeyd etmək istəyirəm. Sizin saytınızın da məlumat verdiyi kimi ötən il dekabrın 15-də UNESCO-nun Türkiyə Milli Komissiyası, Pamukkale Universiteti, Pamukkale Universitetinin Altay Topluluqları Dil və Mədəniyyətləri Tətbiq və Araşdırma Mərkəzi (ALTAY DİLMER), həmçinin Avrasiya Yazarlar Birliyinin əməkdaşlığı ilə keçirilən tədbirdə Beynəlxalq Türk Dili Günü elan edildi”.

Beynəlxalq Türk Dili Günü müzakirələri keçirilib

İ.Məmmədov qeyd edib ki, türk dünyasına diqqət ənənəsinə sadiq qalan Pamukkale Univeristetinin bu silsildən növbəti tədbiri isə “Türk dünyası ölkələrinin müstəqilliyinin 30-cu ili şənliyi” olub: “Tədbirdə Topluluğun danışmanı Dos. Dr. Soner Sağlam, Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü öğrencisi Huriye Doğan, Topluluk başkanı Deniz Kurşun  çıxış etdilər. Çıxışlarda türk dövlətlərinin 30 il öncə müstəqilliklərinə qovuşduğu bildirildi, ötən müddət ərzində keçilən yola nəzər salındı. Çıxışlarda həmçinin hər bir tük dövləti haqqında ətraflı məlumat da verildi. Bundan başqa müasir dövrdə türk dünyasının inteqrasiyasının dərinləşməsi, Türk Dövlətləri Təşkilatının yaranması, bu istiqamətdə atılan digər addımlardan da bəhs edildi”.

Devlet Zhalelov

İ.Məmmədov deyib ki, tədbirdə yalnız çıxışlar olmayıb, həmçinin şeirlər oxunub, musiqilər dinlənilib: “Məsələn magistrant Sadap Eyeberdiyeva tərəfindən türkməncə, doktorant Devlet Zhalelov tərəfindən dombra və Qazaxca musiqi təqdim edildi. Mən isə Azərbaycan haqqında şeir oxudum”.

Mission News Theme by Compete Themes.