Press "Enter" to skip to content

Fars-molla rejimi siyasi məhbusu vəkildən məhrum edir

Nərgiz Məhəmmədi

Bayraqdar.info – Bir ay öncə əmniyət güclərinin qəbiristanlığa hücumu zamanı tutulan siyasi fəal Nərgiz Məhəmmədi zindanda vəkil tutmaq hüququndan məhrum edilib.

“Azad İran” Telegram kanalı xəbər verir ki, bu barədə onun həyat yoldaşı Təqi Rəhmani xəbər yayıb.

T.Rəhmaninin sözlərinə görə, bu barədə məlumatı ona Evin zindanının müstəntiqi (بازپرس) verib.

Güney Azərbaycan: Nərgiz Məhəmmədi azad edilsin

Xanımının sağlamlıq durumundan xəbəri olmadığını deyən T.Rəhmani bildirib ki, ona qarşı cinayət işi açılıb və hazırda təkadamlıq kamerada (enferadi) saxlanılır.

Xatırladaq ki, N.Məhəmmədi 2021-ci il noyabrın 16-da 2019-cu il benzin etirazları zamanı öldürülmüş Güney Azərbaycanlı gənc İbrahim Kitabdarın anım günündə onun məzarı başında tutulub. Bayraqdar.info bu haqda xəbər vermişdi.

Fars-molla rejimindən qadın fəala 30 ay həbs və 80 şallaq cəzası

 

Mission News Theme by Compete Themes.