Son yeniləmə: 7 Dekabr 2021 02:28
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində cəmi 18 gün siyasi ömrü olan Millət Partiyası ilə bağlı daha bir xəbər yayılıb. Belə ki, özünü buraxaraq bütövlükdə Ulusal Birlik Partiyasına keçən bu partiyanın öndə gələnləri bunun müqabilində müəyyən güzəşt də əldə edib.
Məsələn Millət Partiyasının qurucusu Bertan Zaroğlunun əldə edilən razılaşmaya əsasən UBP sırasından Lefkoşadan millət vəkilliyinə namizəd irəli sürüləcəyini xəbər vermişdik.
Bu günlərdə isə bəlli olub ki, Millət Partiyasının 18 günlük sədri, həm də ilk qadın partiya sədri kimi KKTC tarixinə düşən Rüyam Karaca da UBP siyahısından millət vəkilliyinə namizəd olacaq. O, Girnədən millət vəkilliyinə namizədliyə namizəd kimi artıq sənədlərini partiyanın yerli şöbəsinə təqdim edib.
Bu xəbəri mediaya açıqlamasında təsdiqləyən R.Karaca UBP-nin təkbaşına iqtidara gəlməsi üçün var gücü ilə çalışacaqlarını bəyan edib.