Son yeniləmə: 6 Dekabr 2021 15:12
Bayraqdar.info – Larnakadakı Böyük məscidin yandırılmasına cəhd edilməsi Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə yanaşı Türkiyedə də ciddi etiraz doğurub.
Belə ki, dekabrın 6-da Qətərə səfər əsnasında mətbuat konfransı keçirən Cümhurbaşqanı Recep Tayyip Erdoğan digər məsələlərlə bağlı sualları cavablandırmaqla yanaşı, bu məsələnin üstündə xüsusi dayanıb.
Anadolu Agentliyinin məlumatına görə, R.T.Erdoğan bu hücumla bağlı “Larnakadakı Böyük məsciddəki bu hərəkət cavabsız qalmayacaq” deyib.
Türkiye Cümhurbaşqanı deyib ki, bununla əlaqədar olaraq AK Parti sözçüsü Ömer Çelikin açıqlaması var: “Kuzey Kıbrıs Cümhurbaşqanımız Ersin Tatar bəyin verdiyi açıqlama ilə eyni şəkildə biz də Güney Kıbrısa bunu deyirik – dini məbədlərimizlə bağlı bu cür təxribatlar törətməyin! Bu cür təxribatların bədəlini çox ağır şəkildə ödəyərsiniz! Bunun arxasında kimlərin olduğuna müəyyən etmək üçün də hər cür araşdırmalar aparırıq. Bizim Güney Kıbrısda 6 məscidimiz var və onların təhlükəsizliyinin təmin olunmasına Güney Kıbrısın Admnistrasiyası məsuliyyət daşıyır. Necə biz onların müqəddəs dini yerlərinin, kilsələrinin təhlükəsizliyini təmin ediriksə, eyni şəkildə də onların addım atmasının lazım olduğunu hər zaman söyləyirik”