Press "Enter" to skip to content

Qırğızıstan Tatarıstanla münasibətlərin genişlənməsinə çalışır

Qırğızıstan və Tatarıstan heyətlərinin görüşü

Bayraqdar.infoXəbər verdiyimiz kimi, Tatarıstan Prezidenti Rüstəm Minnixanov noyabrın 19-da Qırğızıstana işgüzar səfərə gəlib. Səfər çərçivəsində Bişkekdə bir sıra mədəniyyət və təhsil mərkəzləri ilə tanış olan R.Minnixanov axşama doğru Qırğızıstan Prezidenti Sadır Caparovla görüşüb.

Xəbəri bayraqdar.info-ya noyabrın 19-da Qırğızıstan Prezidentinin Administrasiyasından veriblər.

Görüş əsnasında S.Caparov Qırğızıstanla Tatarıstan arasındakı münasibətlərə yüksək dəyər verildiyini, iş birliyinin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. O, Tatarıstan şirkətlərinin Qırğızıstana maliyyə yatırmasında arzu etdiklərini qeyd edib.

Qırğızıstan Prezidenti deyib ki, böyük yazıçı Çingiz Aytmatovun Kazanda heykəlinin qoyulması iki xalq arasındakı münasibətləri daha da yaxşılaşdıra bilərdi.

R.Minnixanov cavab olaraq bildirib ki, Ç.Aytmatov dünya miqyaslı şəxsiyyətdir və onun abidəsini ucaltmaq onlar üçün böyük şərəf olardı.

Tatarıstan Prezidenti son vaxtlar ikitərəfli münasibətlərin fəallaşdığını da vurğulayıb. O, əlavə edib ki, Tatarıstan Qırğızıstanla iş birliyi sahəsində yeni imkanları öyrənməyə də hazırdır.

Görüşün sonunda tərəflər əldə edilən razılaşmaların Qırğızıstan və Tatarıstan arasında bundan sonrakı münasibətlərə müsbət təsir edəcəyinə ümidlərini ifadə ediblər.

Mission News Theme by Compete Themes.