Press "Enter" to skip to content

Gənc alimlərdən Elbaşı Nursultan Nazarbayevə yüksək qiymət

Tədbirdən görüntü

Son yeniləmə: 19 Noyabr 2021 19:09

Bayraqdar.info – Noyabrın 19-da Qazaxıstanın müstəqilliyinin 30 illiyi tədbirləri çərçivəsində 1 Dekabr – Birinci Prezident Gününə həsr edilmiş “Elbaşı – türk inteqrasiyasının banisi” adlı türk ölkələri alimlərinin beynəlxalq elmi-təcrübi onlayn konfransı keçirilib.

Tədbiri, xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Akademiyası (BTA) Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyi ilə birlikdə təşkil edib.

Tədbirdə BTA prezidenti Darxan Kıdırali, informasiya və ictimai inkişaf nazirinin müavini Askar Umarov, Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin prezidenti Janar Temirbekova, Nursultan Nazarbayev Fondunun icraçı direktorunun müavini Əlkey Marğulanulı, Bozok Universitetinin (Türkiyə) professoru, iqtisadiyyat fakültəsinin dekanı Kürşad Zorlu, eyni zamanda Qazaxıstan, Azərbaycan, Türkiyə, Tatarıstan, Başqırdıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan kimi ölkələrin tanınmış gənc alimləri iştirak edib.

Xəbəri bayraqdar.info-ya noyabrın 19-da BTA-dan veriblər.

Açılış çıxışında BTA prezidenti deyib ki, müstəqillik qazanıldıqdan sonra Birinci Prezident N.Nazarbayev türk inteqrasiyasının əsasını qoyub və bu istiqamətdə bir sıra təşəbbüsləri gerçəkləşdirib.

A.Umarov da öz növbəsində bildirib ki, N.Nazarbayev türk birliyinin möhkəmlənməsinə xüsusi diqqətlə yanaşıb və bölgədə qardaşlıq münasibətlərinin möhkəmlənməsinə çalışıb.

J.Temirbekova və K.Zorlu da öz çıxışlarında N.Nazarbayevin elm və təhsilə verdiyi töhfələri qeyd edib.

Bundan sonra tədbir BTA-nın vitse-prezidenti Füzuli Məcidlinin moderatorluğu ilə davam edib.

Daha sonra N.Nazarbayev Fondu nəzdində Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun direktoru Erjan Saltıbayev, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Özbəkistan Elmlər Akademiyası Arxeologiya Milli Mərkəzinin direktoru Fərhad Maqsudov, Kazan Universitetinin təmsilçisi Rafael Valeev, Qırğızıstandan gənc alim Nurdin Useyev çıxışlar edərək N.Nazarbayevin qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə diqqət çəkiblər.

Bundan sonra konfrans “Elm və təhsil”, “İqtisadiyyat və tranzit”, “Türkologiya” mövzulu bölmələrdə davam edib.

Mission News Theme by Compete Themes.