Press "Enter" to skip to content

Tatarıstan Prezidenti Qırğızıstanda səfərdədir

Mintimer Şaymiyev Çingiz Aytmatovun Ev-Muzeyində

Bayraqdar.info – Tatarıstan Prezidenti Rüstəm Minnixanov qardaş Qırğızıstanda səfərdədir. Noyabrın 19-da o, səfər çərçivəsində Qırğızıstanın dövlət katibi Süyünbek Kasmambetovla birlikdə paytaxt Bişkekin mədəniyyət və təhsil müəssisələrini ziyarət edib.

Bu haqda xəbəri bayraqdar.info-ya Qırğızıstan Prezidentinin Administrasiyasından veriblər.

Xəbərdə deyilir ki, qonaq Kazan Dövlət Universitetinin (KDU) Bişkekdəki Təhsilin İnkişafı Mərkəzində olub. 2021-ci ildə qurulmuş Mərkəzin fəaliyyəti KDU ilə Qırğızıstanın elm və təhsil qurumları arasında iş birliyinin inkişafına xidmət edir.

Yüksək səviyyəli qonaq daha sonra noyabrın 19-da bərpadan sonra açılışı gerçəkləşdirilən Dövlət Tarix Muzeyini ziyarət edib.

Bunun ardından isə o, Çingiz Aytmatovun Ev-Muzeyinə gəlib, dünyaca məşhur yazıçı və ictimai xadimin şəxsi əşyaları ilə tanış olub.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.