Son yeniləmə: 18 Noyabr 2021 15:02
Bayraqdar.info – “Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.
“Sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.
“Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.”
Bu xəbəri noyabrın 16-sı saat 14.58-də Azərbaycanın Müdafiə Nazirliyi yayıb.
Xəbər, “Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və döyüş vasitələri məhv edilib” başlığı ilə təqdim edilib.
Onu da əlavə edək ki, müstəqil mənbələr Azərbaycan ordusunun 6 erməni həbrçisini əsir aldığını xəbər verir. Lakin Müdafiə Nazirliyi bu rəqəmlə bağlı açıqlama vermir. Yalnız ermənilərin əsir alınması haqqında xəbər rəsmən elan edilib.