Son yeniləmə: 12 Noyabr 2021 22:20
Bayraqdar.info – Beləliklə, 12 noyabr 2021-ci ildə İstanbulda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan prezidentləri və Macarıstan Baş nazirinin iştirakilə Türk Keneşi bu ad altında özünün sonuncu Zirvə görüşünü keçirdi. Bu görüş Türk Keneşinin əsasında yeni və daha təsirli bir dövlətlərarası qurumun yaradılmasıyla tarix oldu. Türk dövlət və hökumət başçıları Türk Dövlətləri Təşkilatını qurduqlarını rəsmən elan etdilər.
Zirvə görüşündə bir sıra sənədlər də imzalandı:
-Türk Keneşinin adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsi haqqında;
-Türk Dövlətləri Təşkilatı 8-ci Zirvəsinin Bəyannaməsi;
-Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusunun verilməsi haqqında qərar;
-“Türk dünyası vizyonu – 2040”ın qəbulu haqqında qərar;
-Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına “Türk dünyasının birliyinə töhfəyə görə” beynəlxalq mükafatının qəbul edilməsi haqqında qərar;
-Türk Dövlətləri Təşkilatında tərəfdaş statusunun yaradılması haqqında qərar;
-Türk Dövlətləri Təşkilatının fəxri sədri haqqında əsasnamənin qəbulu haqqında qərar;
-Türk Dövlətləri Təşkilatı baş katibinin səlahiyyətlərinin uzadılması haqqında qərar;
-Türk Dövlətləri Təşkilatı baş katibinin müavinlərinin təyin edilməsi haqqında qərar;
-Türk Dövlətləri Təşkilatı Türk Yatırım İnkişaf Fondunun qurulmasının başa çatması haqqında qərar.
Göründüyü kimi, 2009-cu ildə Naxçıvanda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin iştirakı ilə adi bir şura kimi fəaliyyətə başlayan Türk Keneşi artıq öz sıralarında 5-i tam, 2-si müşahidəçi olmaqla 7 Türk dövlətinin iştirakı ilə yeni və daha verimli bir mərhələyə qədəm qoydu. Bundan sonra Türk Dövlətləri Təşkilatı adı altında fəaliyyətini davam etdirəcək qurumun yaxın müddətdə digər türk dövlət və topluluqlarını da sıralarına qatacağı ön görülür.
Qeyd: Bu bilgilər açıq mənbələrdən alınıb.
[…] – Xəbər verdiyimiz kimi, noyabrın 12-də İstanbulda Türk Keneşinin bu ad altında sonuncu Zirvə toplantısı […]
[…] Zirvəsində Türk Keneşinin əsasında Türk Dövlətləri Təşkilatı qurulmuş, bir sıra ortaq sənədlər […]