Press "Enter" to skip to content

Təbrizli millət vəkilləri Azərbaycanı təbrik etdi

Bayraqdar.info – Təbrizin İran parlamentindəki nümayəndələri Əhməd Əlirzabeygi və Ruhullah Motafakker Azad Azərbaycan Respublikasının Ermənistan üzərində möhtəşəm qələbəsinin bir illiyini – Zəfər Bayramını təbrik edib.

Millət vəkilləri bu barədə özlərinin “Twitter” hesablarında paylaşım ediblər.

“Qarabağın azadlığının ildönümünü, bu böyük Bayramı Azərbaycan Respublikasındakı bacı-qardaşlarıma təbrik edirəm.

“İran qonşuları içərisində Azərbaycanla ən çox ortaq yönlərə malikdir. Düşmənlər bu imkanı böhrana çevirməyə çalışırlar. Ancaq qarşılıqlı və ürəkdən olan bağlılıqlar onları məyus edəcəkdir”, – deyə Əhməd Əlirzabeygi yazıb.

Ruhullah Motafakker Azad da oxşar məzmunlu paylaşım edib.

“İşğal olunmuş torpaqların azad edilməsi Azərbaycan xalqı üçün dönüş nöqtəsidir və bu mübarək hadisənin ildönümündə bu ölkənin əziz xalqının sevincini bölüşürəm.

“Ümid edirik ki, 30 illik işğal və müharibə təcrübəsi sülhün qorunması və Güney Qafqazda hərc-mərclik yaratmaq istəyən başqalarının təxribatlarının qarşısının alınması üçün bir ibrət olacaq”, – deyə Ruhullah Motafakker Azad qeyd edib.

Qaynaq: GünAz.TV

One Comment

  1. […] Qeyd edək ki, Təbrizin İran parlamentindəki nümayəndəsi və Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Ə.Əlirzabeygi özünün Twitter hesabında paylaşım edərək Azərbaycanın Ermənistan üzərində qələbəsini – Zəfər Bayramını təbrik edib. […]

Comments are closed.

Mission News Theme by Compete Themes.