Press "Enter" to skip to content

Xeyriyyə aksiyasında 65 jurnalist müayinədən keçib 

Əməliyyat zamanı

BAYRAQDAR MEDİA – “Modern” Media Qrupu ilə Azərbaycan Tibb Universitetinin ortaq sosial layihəsi çərçivəsində jurnalistlər üçün ödənişsiz göz əməliyyatı təşkil olunur. Azərbaycan oftalmologiyasının görkəmli nümayəndəsi akademik Zərifə Əliyevanın doğum günü ərəfəsində bu xeyriyyə aksiyası davam etdirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Tibb Universitetindən məlumat verilib.

Bildirilib ki, “aksiya zamanı 65 jurnalist müayinələrdən keçirilib. Onların 10-a yaxını üzərində ATU-nun Tədris Cərrahiyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılov və dosent Hafiz Qəhrəmanov tərəfindən müxtəlif göz əməliyyatları icra edilıb. Sosial layihə çərçivəsində media nümayəndələri üçün aksiyanın ikinci hissəsi mayın 10-da aparılacaq”.

Xatırladaq ki, tanınmış oftalmoloq Qurban İsmayılov mütəmadi olaraq ödənişsiz aksiyalar həyata keçirir ki, bu sırada şəhid ailə üzvləri, qazilər və müharibə veteranları xüsusi yer tutur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.