Press "Enter" to skip to content

Kino Agentliyinə baş direktor təyin edilib

Kino Agentliyinə baş direktor təyin edilib

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kino Agentliyinə baş direktor təyin olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov bu vəzifəyə təyinat alıb. R.Əzizov 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-2002 ci illərdə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində bakalavr və magistr, 2003-ci ildən isə Sankt Peterburq Dövlət Universitetndə aspirantura və doktorantura pillələri bitirib, 2017-ci ildə “İnternet şəbəkəsində hüquqi tənzimləmə: müqayisəli və tarixi-hüquqi tətqiqat” mövzusuda elmi işi müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini alıb. O, 2022-23 illərdə – Milan Politexnik Universitetində – Dövlət qulluğunda süni zəkanın istifadəsi üzrə magistr dərəcəsi alıb. İnformasiya və rəqəmsal inkişaf sahələri üzrə elmi araşdırmalar aparan R.Əzizov iki 6 kitab, 2 monoqrafiya, Azərbaycanda və xaricdə elmi jurnallarda dərc olunmuş 30-dan çox məqalənin müəllifidir. O, bir sıra dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışıb, 20 ildən artıq dövlət qulluğu stajı var. 2016-cı ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub”.

Sonra xəbərdə, “R.Əzizov 2012-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında, BDU, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində informasiya və elektron hüquq, innovasiya və rəqəmsal inkişaf, mədəniyyət sahəsində biznesin idarəedlməsi fənləri üzrə müəllim kimi fəaliyyət göstərib. 2013-cü ildən “Azərbaycan Şən və Hazırcavablar Klubu”nun rəhbəridir. Son təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb. O, Nazirlik tərəfindən son illərdə həyata keçirilən mədəniyyət və yaradıcı sənayelər üzrə bir sıra layihələrin, eyni zamanda “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı və “Şərq ölkələri kino sənayesi bazarı”nın reallaşdırılmasında yaxından iştirak edib. Mədəniyyət Nazirliyi yanında “Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi” üzrə Ekspert Şurasının üzvüdür” deyə bildirilir.

Həmçinin “Mədəniyyət Nazirliyinin eCulture Rəqəmsal İnkişaf Strategiyası”, mədəni və yaradıcı sənayelərin təsnifatlaşdırılması, “Azərbaycan Respublikası Kino Agentliyinin film istehsalının dəstəyi üzrə müsabiqə qaydaları”, “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi (ribeyt) qaydaları” və digər normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.