BAYRAQDAR MEDİA – Güney Azərbaycanın Muğan (Parsabad) şəhərində ailə öz övladına Güntay adına doğum şəhadətnaməsi ala bilmir. Muğan Vətəndaş Qeydiyyatı İdarəsi yeni doğulmuş körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edir.
Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.
Xəbərə əsasən, “körpənin atası Kamal Cavanşir “Balamın Adı” kampaniyasına bununla bağlı deyib: “Oğlum aprelin 22-də dünyaya gəlib. Mən və həyat yoldaşım oğlumuza türkcə Güntay adını seçdik. Muğan Qeydiyyat İdarəsinin rəsmiləri bu adın Qeydiyyat Təşkilatının sistemində olmadığını, ona görə də bu ada doğum şəhadətnaməsi verə bilməyəcəklərini deyiblər””.
İlk şərhi yaza bilərsiniz