BAYRAQDAR MEDİA – Kars Ailə və Sosial Xidmətlər İl Müdirliyi “Ailə ili” fəaliyyətləri çərçivəsində əhəmiyyətli bir iş həyata keçirib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Bildirilib ki, “Sosial Xidmət Mərkəzi Müdirliyinin konfrans zalında keçirilən tədbirdə Kafkas Universitetinin Sosial xidmət fakültəsinin tələbələri üçün ailə təqdimatı olub. Proqramda ailə quruluşunun əhəmiyyəti, onun sosial həmrəylikdəki yeri və müasir dünyada ailələrin üzləşdiyi fundamental problemlər müzakirə olunub. Təqdimatda həmçinin ailə quruluşunun möhkəmləndirilməsində sosial xidmətlərin rolu və tələbələrə peşəkar məsləhətlər verilib”.
Məlumata görə, tədbirin sonunda tələbələrə iştirak sertifikatları təqdim olunub və iştirakçılar təqdimatdan razı qaldıqlarını bildiriblər.
İlk şərhi yaza bilərsiniz