BAYRAQDAR MEDİA – “Azərbaycanla artan ticarət əlaqələrimizə töhfə verməkdə davam edirik”.
Bu fikrlər Türkiyənin Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilib.
Bildirilib ki, aprelin 28-də Azərbaycanda səfərdə olan Trabzon Ticarət və Sənaye Palatasının başqanı Erkut Çelebi və onu müşayiət edən iş adamları səfirliyi ziyarət edib.
Ziyarət zamanı səfirliyin ticarət müşavirləri Murat Yaman və Yakup Seferin də iştirak etdiyi toplantıda Azərbaycanda kənd təsərrüfatından turizmə, logistikadan tikintiyə qədər geniş sahədə atılacaq addımlar barədə nümayəndə heyəti ətraflı məlumatlandırılıb.
İlk şərhi yaza bilərsiniz