Press "Enter" to skip to content

Porsuk çayı əvvəlki vəziyyətinə dönüb 

Porsuk çayı

BAYRAQDAR MEDİA – Eskişehirin simvollarından olan Porsuk çayında bir müddətdir davam edən dərin təmizlik işləri sona çatıb. Çayın dibindəki palçıq, tullantı və yosunlardan təmizlənərək suyun keyfiyyəti yaxşılaşdırılıb.

Bu barədə anadolugazetesi.com saytı məlumat verib.

Bildirilib ki, “təmizləmə prosesi zamanı Porsukun suyun səviyyəsi azaldılıb və işlər tamamlandıqdan sonra yenidən suya qovuşub. Şəhərə fərqli estetik və canlılıq qatan çay yenidən köhnə görkəmini alıb”.

Məlumatda deyilir ki, vətəndaşlar da Porsuqun əvvəlki vəziyyətinə qayıtmasından məmnundurlar: “Xüsusilə turistik gondol turları və ətrafdakı kafe biznesləri üçün böyük əhəmiyyət kəsb edən çayın canlanması şəhər mərkəzinə dinamizm gətirib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.