BAYRAQDAR MEDİA – Sərfəli rabitə xidmətləri ilə tanınan “Nar” indi Heydər Əliyev Beynəlxalq Aeroportundaabunəçilərinə xidmət göstərir. Yeni fəaliyyətə başlayan “Nar” satış mərkəzi həm yerli vətəndaşlara, həm də ölkəmizə gələn turistlərə rahat şəkildə mobil xidmətlərə çıxış imkanı yaradır.
BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, 24 saat fasiləsiz fəaliyyət göstərən bu mərkəz “Nar”ın ölkə üzrə müasir standartlarla qurulan satış şəbəkəsinin bir hissəsidir və ölkəmizə gələn qonaqlar, həmçinin yerli sakinlər üçün mobil nömrə əldə etmək prosesini daha da asanlaşdırır. Hava limanı kimi strateji ərazidə belə bir xidmətin təqdim olunması operativlik və əlçatanlıq baxımından müştərilər üçün mühüm üstünlük yaradır.
“Nar”ın digər satış və xidmət mərkəzləri haqqında ətraflı məlumatla bu keçid vasitəsilə tanış ola bilərsiniz.
İlk şərhi yaza bilərsiniz