Press "Enter" to skip to content

Iğdırda Süvari Paintball

Süvari Paintball indi adrenalin dolu anlar yaşamaq istəyən ığdırlıların xidmətindədi

BAYRAQDAR MEDİA -Iğdırın məşhur məkanlarından biri olan Melekli qəsəbəsində İrem Bağlarında 12.500 kvadrat metrlik böyük bir sahədə qurulan Süvari Paintball indi adrenalin dolu anlar yaşamaq istəyən ığdırlıların xidmətindədir.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, “Süvari Paintball bir peyntbol meydançası olmaqla yanaşı, əyləncə və təbiəti bir araya gətirən piknik, düşərgə, açıq hava kinoteatrı və kafeterya kimi müxtəlif imkanlar da təklif edir. Iğdır və ətraflarında yaşayanların yeni əyləncə və istirahət ünvanı olmağa namizəd Süvari Paintball, İrem Bağlarının bənzərsiz atmosferində qonaqlarını qəbul etməyə başlayıb. Təbiətlə əhatə olunmuş yeri və geniş fəaliyyət imkanları ilə diqqət çəkən obyekt, hər yaşdan gələn ziyarətçilərə unudulmaz təcrübələr təqdim etməyi qarşısına məqsəd qoyub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.