BAYRAQDAR MEDİA – Azərbaycan Şahmat Federasiyasının (AFŞ) İcraiyyə Komitəsinin iclası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “Milli Xalça Muzeyində təşkil olunan iclasda qonaq qismində Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Arkadiy Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının Prezidenti Fethi Apaydın da iştirak edib. İcraiyyə Komitəsinin iclasında çıxış edən AŞF-in Prezidenti Mahir Məmmədov qonaqlara “Baku Open 2025”in açılış mərasiminə qatıldıqları üçün təşəkkür edib. M.Məmmədov rəhbərlik etdiyi qurumun FIDE və Türkiyə Şahmat Federasiyasıyla əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm işlər aparılacağını bildirib. Bu il ilk dəfə reallaşdırılan “Azərbaycan Şahmat Turu”na aid regionlardakı yarışlarda da yüksək təşkilatçılığının vacibliyi qeyd olunub”.
AŞF Prezidenti ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çenə xatirə hədiyyəsi təqdim edib.
İcraiyyə Komitəsində AŞF-in hesabat-seçki konfransıyla bağlı müzakirələr aparılıb.
İlk şərhi yaza bilərsiniz