BAYRAQDAR MEDİA – 2025-ci ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının artilleriya bölmələrində praktiki döyüş atışları keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “real döyüş şəraitinə uyğun keçirilən döyüş atışlarında şərti düşmənin planlı və plandankənar hədəflərinin aşkarlanmasına və sərrast atəşlə məhv edilməsinə nail olunub. Praktiki məşğələlərin keçirilməsində əsas diqqət hərbi qulluqçuların praktiki bacarıqlarının artırılması, komandirlərin idarəetmə vərdişlərinin və qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə yönəldilib”.
İlk şərhi yaza bilərsiniz