BAYRAQDAR MEDİA – Bu ilin ilk üç ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycandan xarici bazarlara alma, armud və heyva ixracında növbəti dəfə artım qeydə alınıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “yanvar-mart ayları ərzində Azərbaycandan 31,6 min ton alma, armud və heyva ixrac edilib. Həmin ixrac məhsullarının ümumi dəyəri 21,5 milyon ABŞ dollar olub. Qeyd olunan dövrdə Azərbaycandan alma, armud və heyva ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm olaraq 20,5 faiz, dəyər olaraq isə 22,5 faiz artıq olub”.
Hazırda xarici bazarlara meyvə ixracı davam edir.
İlk şərhi yaza bilərsiniz